Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Arzuladığı ucalığa qovuşan şəhid kəşfiyyatçı

0

  • Vətənin sinəsinə çəkilən çarpaz yara, alnımızdan xəcalət ləkəsi ancaq yenilməz xalqın həmrəyliyi, Ali Baş Komandanımızın qətiyyəti və igid oğullarımızın hünəri sayəsində götürülə bilərdi. 27 sentybr 2020-ci il 44 gün davam edərək sonu Böyük Zəfərlə yekunlaşan qalibiyyət yolunun başlandığı gün kimi tarixə düşdü. Döyüşlərin ilk günlərindən məhv edilən ermənilər qaçmağa
    başladılar. Hər gün Cənab Prezident topraqlarımızın alınması müjdəsini tvitlərlə,
    çıxışları ilə xalqımıza çatdırdı. Xalq olaraq qələbəyə kökləndik. Eyni zamanda qızğın döyüşlər davam edirdi. Düşmən bir qayda olaraq silah-sursatlarını döyüş meydanında qoyub qaçır, ancaq uzaqdan artilleriya silahları ilə atəş açırdı.
    Qanı bahasına torpaqlarımızı azad edən, yeni qəhrəmanlıq salnaməsində imzası olan gidlərimizdən biri də kəşfiyyatçı Əlizamin Ramazanlıdır. Ramazanlı Əlizamin Umud oğlu 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir.
    Onun doğum günü ata-baba yurdunun işğalı ilə eyni günə düşürdü. Əlizamin 2006-cı ildə Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. 2017-ci il iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb,
    2019-cu il il yanvarında hərbidən tərxis olunub.

    Əlizamin uşaqlıqdan Vətən, Ana sözlərini dilində əzbər etmişdi. O, uşaq yaşlarından igid kimi böyüyürdü. Əlizamin əsgər olarkən hər zaman Vətənin keşiyində layiqincə durmağı özünə borc bilib. Valideynlərinə mən hərbi xidməti
    bitirsəm də, yenidən Vətənimin keşiyində durmağa qayıdacağam deyirdi. Əlizamin evin tək oğlu idi. Valideyləri evin tək oğlu olduğu üçün bu iş çətin yoldur desə də, Əlizamin razı olmayıb. Vətənpərvər gənc valideynlərinə mən hərbçi olacağam
    deyərək 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı Gizir kimi işə
    başlayıb.

    Əlizamin kiçik yaşlarından anasından qohumu, “Azərbaycanın Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş yolunu tez-tez soruşardı. “Qırxqız
    qartalı” ləqəbli Tabil Həsənov onun üçün qəhrəmanlıq məktəbi olub. Əlizamin Tabil Həsənovun qəhrəmanlıq hekayələri ilə böyüyüb, vətənpərvər gənc kimi yetişib. Onun döyüşkən ruhu Tabil Həsənovun qəhrəmanlıq dastanı ilə
    yoğrulmuşdu.

    Anası ilə danışanda məndən narahat olmayın, ən ağır silah sənin oğlundadır deyərək arxayın edərdi. Ana, sadəcə onu bil ki, hər şey
    Vətən üçündür. Əlizamin hər zaman ailəsi ilə danışanda onun son sözləri mən yaxşıyam, təki siz yaxşı olun, təki Vətən sağ olsun sözləri olardı. Xocalıya bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata yurdu Xocalının Kosalar kəndində
    bayrağımızı qaldırmaq ən böyük arzusu idi.

    Xüsusi Təyinatlı Qüvvələrdə işlədiyi üçün necə işlədiyini, nələr etdiyi haqqında danışmazdı. Çünki həmişə deyərdi ki, kəşfiyyatçı görünmədən
    görmək, ölmədən dönməkdir. Əzizləri ilə danışanda qürurla Xüsusi Təyinatlı Qüvvələrdə işləmək hər oğulun işi deyil söyləyərdi. Doğrudan da belədir. Əlizamin Tovuz döyüşlərində də igidliklə döyüşərək məharətini göstərib. 

    Sentyabr ayının əvvəlində ailəsi ilə görüşə gəldikdə anasına papağını, atasına isə ətrini hədiyyə edib. Əlizamin sanki şəhid olacağını bilirmiş kimi vidalaşıb evdən çıxarkən. Son görüşündə ana, gəl şəkil çəkdirək, bu şəklimizi xatirə saxlayarsan deyərək evdən ayrılıb.

    Vətən Müharibəsi başladığı gündən yalnız düşməni məhv etmək məqsədi ilə vuruşan Əlizamin Ramazanlı Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün
    isə döyüş yoldaşının maşından düşməsini xahiş edərək "erməni öldürməyə mən gedəcəyəm" deyib.
    Komandiri isə Əlizaminə "sən yeni gəlmisən, gözlə" desə də, o xahişində təkidli olub. Əlizamin Ramazanlı oktyabr ayının 9-u Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

    Komandiri deyir ki, Əlizamin komandanın göyərçini
    gözündən vuran ürəyi idi. Ramazanlı hansı döyüşə gedərdisə iş yoldaşları bizə qorxu yoxdur deyərmiş. Əlizminin uşaqlıqdan idmana böyük həvəsi vardı. O, idmanla məşğul olurdu. Çevikliyi, cüssəsi ilə sanki kəşfiyyatçı olmaq üçün
    doğulmuşdu.

    Əlizamin kimi igidlər Qarabağ Azərbaycandır deyərək qanları ilə tarix yazdılar. İndi bütün şəhidlərimizin ruhu rahat uyuyur və şaddır. Çünki onların müqəddəs mübarizəsi qələbəmizlə yekunlaşdı, Qarabağı yağı düşmən tapdağından azad etdik. Şəhid Əlizamin Ramazanlı da oprpaqlarımızın
    işğaldan azad edilməsi uğrunda öz canından keçərək uca məqama yüksəldi.

    Subay idi.

    Şəhidimiz Bərdə şəhəri Şirvanlı kənd qəbiristanlığında
    dəfn edilib.

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
    qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümündən sonra Azərbaycan
    Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda”
    medalı ilə təltif edilmişdir.

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
    qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
    Sərəncamına əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra  “Xocavəndin azad olunmasına görə” medalı ilə
    təltif edilib.

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
    qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
    Ruhu şad olsun!
    Qalib BƏYMƏMMƏDOĞLU,             
    Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaQəzet
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib48 dəfə
    arzuladığı ucalığa qovuşan şəhid kəşfiyyatçı

    Maraqlı gələ bilər
    85
    49
    59